Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pandemiya dövründə Bakıda ödənişli xidmətlərin dəyəri azalıb

Pandemiya dövründə Bakıda ödənişli xidmətlərin dəyəri azalıb

Tarix: 5 Iyun 2020 09:32

2020-ci ilin yanvar-aprel aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,5 faiz azalaraq 1 milyard 552,4 milyon manat olub.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 074,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 69,2 faizini təşkil edib.

2020-ci ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 27,5 faiz azalaraq 207,6 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 58,9 faizi hüquqi şəxs statuslu müəssisələrin, 41,1 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 123,5 milyon manat olub.


Etiketlər:  Pandemiya dövründə Bakıda ödənişli xidmətlərin dəyəri azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ