Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Benfika''nın avtobusuna hücum - Video

''Benfika''nın avtobusuna hücum - Video

Tarix: 5 Iyun 2020 10:26

"Benfika"nın avtobusu azarkeşlərin hücumuna məruz qalıb.

Qol.az "A Bola"ya istinadən xəbər verir ki, hadisə klubun dünən Portuqaliya çempionatında "Tondela" ilə heç-heçə etdiyi oyundan sonra baş verib. Belə ki, komandanın bu nəticə ilə "Portu" ilə 2 xallıq fərq yaratması imkanın əldən verməsi azarkeşlərin narazılığına səbəb olub. Bir qrup azarkeş matçdan sonra klubun avtobusuna hücum edib. Onların qarşısını polis konvoyu da ala bilməyib. Avtobusun şüşəsinə daşların atılması nəticəsində şüşə qırıntıları futbolçular Yulian Vayql və  Andriya Jivkoviçin zədələyib. Onlar ehtiyat tədbiri kimi xəstəxanaya çatdırılıblar və tez bir zamanda evə buraxılıblar.

Qeyd edək ki, "Benfika" və "Portu" 25 turdan sonra 60 xalla 1-2-ci pillələri bölüşdürürlər.



 


Etiketlər:  Benfikanın avtobusuna hücum Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ