Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 12:08
Bakı. Rufiz Hafizoğlu - Trend:
2020-ci yanvar-may aylarında Türkiyənin dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,7 faiz azalaraq 755,671 milyon dollara bərabər olub.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,2 faizini təşkil edib.
May ayında Türkiyə 112,428 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2019-cu ilin mayı ilə müqayisədə 54,8 faiz azdır.
May ayında müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,1 faizini təşkil edib.
Son 12 ay ərzində (may 2019 – may 2020) Türkiyə 2,435 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.