Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 3 ayda 18 milyard manatlıq ÜDM istehsal olunub

Azərbaycanda 3 ayda 18 milyard manatlıq ÜDM istehsal olunub

Tarix: 17 Aprel 2019 16:09

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda 18 milyard 111,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox ümumi daxili məhsul istehsal edilib.

Trend-in məlumatına görə, ÜDM istehsalının 46,0 faizi sənayenin, 10,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,6 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,5 faizi tikintinin, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 16,4 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1835,1 manata bərabər olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda ayda milyard manatlıq ÜDM istehsal olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ