Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo ilk milyarder futbolçu oldu

Ronaldo ilk milyarder futbolçu oldu

Tarix: 5 Iyun 2020 21:08

"Forbes" jurnalı "Yuventus"un futbolçusu Kriştiano Ronaldonun sərvətini açıqlayıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu milyarder adını qazanan ilk futbolçu olub. Həmçinin, Ronaldo sərvəti 1 milyardı ötən 3-cü idmançı olub. Əvvəllər buna qolfçu Tayqer Vuds və və boksçu Floyd Meyvezer nail olub.

Ronaldonun bu günə qədər qazancının  650 milyon dollarını maaşdan əldə etdiyi bildirilir. Qalan vəsait isə sponsorluq müqavilələrinin payına düşür. 35 yaşlı futbolçu son bir ildə 105 milyon dollar qazanıb ki, bu da onun 2020-ci ildə ən varlı məşhurlar siyahısında 4-cü yerə yüksəlməyinə səbəb olub.


Etiketlər:  Ronaldo milyarder futbolçu oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ