Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyun 2020 22:22
Türkiyədə COVID-19 virusu ilə əlaqədar məscidlərdə və qapalı məkanlarda kütləvi ibadətlərin icra olunmasına qadağa qoyulub.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, uzun müddətdir cümə namazı qılmaqdan məhrum olan dindarlar bunun çarəsini ibadəti açıq havada və sosial məsafə saxlayaraq icra etməkdə görüblər.
Adana şəhərində yerləşən futbol meydançasında ibadətə toplaşan dindarlar cümə namazını icra edib, vaizin çıxışını dinləyiblər.