Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 12:21
Bakı. Samir Əli - Trend:
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) vətəndaşlara müraciət edib.
Trend-in məlumatına görə, BŞBPİ-nin əməkdaşları xüsusi səsgücləndiricilər vasitəsilə vətənaşllara Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə əməl etmələri barədə çağırış edirlər.
İdarənin müracətində deyilir:
"Əziz vətəndaşlar, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar şənbə və bazar günlərində yaşayış yerini tərk etmək qadağan olunub. Ailənizin, yaxınlarınızın təhlükəsizliyini qorumaq üçün evdə qalın".
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.