Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 12:27
Bakı. İlhamə İsabalayeva - Trend:
İyunun 5-də Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.
Nazirlikdən Trend-ə bildirilib ki, müsabiqədə iştirak etmək üçün 10 068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6 871 nəfəri elektron ərizəsini təsdiq edib.
Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.