Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 16:24
Bakı. Asif Mehman - Trend:
6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verilib.
Trend-in məlumatına görə, sərt karantin rejimində paytaxtın “Tarqovı” adlanan ərazisi - Nizami küçəsində fəaliyyət tamamilə dayanıb.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi bu həftəsonu üçün sərtləşdirilib, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunda tam qapanma elan olunub.
FOTO - Elmin Bayramlı