Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyun 2020 21:38
Çexiya 2-ci liqasında 21-ci tura start verilib.
Qol.az xəbər verir ki, bu gün gənclər millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” doğma meydanda "Lisen"lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin ilk qolunu 35-ci dəqiqədə F.Nəbiyev vurub. Bu, onun hazırkı klubundakı ilk rəsmi qolu olub.
Daha əvvəl millimizin üzvü yoxlama oyunlarında fərqlənmişdi.
Bu qələbə ilə xalını 38-ə yüksəldən “Viktoriya Jijkov” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.