Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2020 20:04
"Bavariya"nın futbolçusu Xavi Martinez yenidən La Liqada çıxış edəcək.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi sabiq komandası "Atletik"ə qaydır. Artıq tərəflərin hərtərəfli razılığa gəldiyi bildirilir. Onun keçidinin mövsümün sonunda açıqlanacağı gözlənilir.
Qeyd edək ki, ispaniyalı futbolçu 2006-2012-ci ildə də Bilbao təmsilçisində çıxış edib. O, 2012-ci ildə 40 milyon avroya "Bavariya"ya transfer edilib.