Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Hərdən söyürəm bu koronavirusu ki, sənin atabaatana lənət" - Sənətçi pulsuzluqdan gileyləndi

“Hərdən söyürəm bu koronavirusu ki, sənin atabaatana lənət

Tarix: 8 Iyun 2020 21:00

"Hərdən söyürəm bu koronavirusu ki, sənin atabaatana lənət. Gəldin, hər şeyi məhv etdin. Bir yandan da deyirəm ki, bu virus insanlara göndərilən bir imtahandır. İnsanlara görk olmalıdır ki, pislik etməsinlər, haqqın yolundan dönməsinlər".

Milli.Az bildirir ki, bunu Yenicag.az-a açıqlama verən meyxanaçı Samirə Yusifqızı koronavirusu lənətləyərkən deyib.

Sənətçi pulsuzluqdan da gileylənib:

"Bircə bu virus tez rədd olub getsin ki, biz də özümüzə gün ağlayaq. Adətən Ramazan və Məhərrəmlik girəndə bir aylıq pul saxlayırdıq ki, dolana bilək. İndi təsəvvür edin, aylardır toy yox, dolanmağa pul da yox. Belə getsə, metronun qabağında əl açıb dilənəcəyik. Ya havalanacam, ya özümə qəsd edəcəm. Pulsuzluq axırımıza çıxdı. Hələ Allah üzümüzə baxıb ki, dövlətimiz bu işin üstünə tez düşdü. Yoxsa İran, İtaliya, İspaniyanın gününə qalardıq. Təki bu virus tez rədd olub getsin, sağlamlığımız çox önəmlidir. Qalan hər şey yavaş-yavaş düzələr".

Milli.Az


Etiketlər:  Hərdən söyürəm bu koronavirusu ki sənin atabaatana lənət Sənətçi pulsuzluqdan gileyləndi


RƏYLƏR