Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2020 13:08
Bir sıra ölkələrdə "Google" və "YouTube" saytlarının işində qüsurlar qeydə alınıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, ən çox qüsur ABŞ-da müşahidə olunub.
"Google" istifadəçilərinin təxminən 67 faizi axtarışlarla bağlı problemin olduğunu, 32 faizi öz hesablarına daxil ola bilmədiklərini deyib.
"YouTube" istifadəçilərinin 62 faizi videoya baxarkən çətinlik çəkdiyindən, 32 faizdən çoxu saytın yaxşı işləmədiyindən, 5 faizi isə hesaba daxil ola bilməməkdən şikayət edib.