Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən kiçik böcək robotu

Dünyanın ən kiçik böcək robotu

Tarix: 9 Iyun 2020 23:36

Harvard Universitetinin araşdırmaçıları daha əvvəl Rolls-Royce şirkətinin reaktiv mühərriklərinin təmirində istifadə edilməsi üçün hazırladığı HAMR mikro robotunu daha da kiçik hala gətirdi. Əvvəlki modelin yarısı böyüklüyündə olan HAMR-JR, böcəklərdən ilham alınaraq hazırlandı.

Harvard Ambulatory Microrobot (HAMR) olaraq adlandırılan bu robotlar, dırmaşma qabiliyyətləri ilə ön plana çıxır. Ayaqları yapışqan olaraq hazırlanan robotun tərs gedə bilmə qabiliyyəti də var. Hal-hazırda olduqca kiçik olan robot, elm insanları tərəfindən daha da kiçik hala gətirildi. Tarakandan ilhamlanaraq hazırlanan robot, ən kiçik və ən sürətli robotlardan biri kimi tanınır.

HAMR robotunun yarı böyüklüyündə hazırlanan yeni robot HAMR-JR, əvvəlki modelə görə üzmə və suyun altında gedə bilmə qabiliyyətləri ilə önə çıxır. Robot haqqında danışan Kauşik Ceyaram bu barədə belə danışıb: "Bu işin möcüzə qisimi, əvvəlki dizaynda olan heç bir şeyi dəyişdirmək məcburiyyətində qalmadıq. Bu sistemin sadəcə müxtəlif ölçülərdəki cihazlara tətbiq oluna biləcəyini sübut etdik".


Etiketlər:  Dünyanın kiçik böcək robotu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ