Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 09:48
Bakı. Samir Əli - Trend:
İsmayıllı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Kürdmaşı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, “Aznar” MMC-də mühafizəçi işləyən, 1989-cu il təvəllüdlü İlqar Bağırlı sərxoş vəziyyətdə idarə etdiyi “Fiat” markalı avtomobili daş hasara çırpıb.
Nəticədə avtomobildə olan dayısı, 1963-cü il təvəllüdlü Mahir Osmanov hadisə yerində ölüb.
Faktla bağlı İsmayıllı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (sərxoş vəziyyətdə yol istismar qaydasını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.