Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda quldur dəstə vətəndaşa hücum etdi

Bakıda quldur dəstə vətəndaşa hücum etdi

Tarix: 10 Iyun 2020 10:00

Bakı. Samir Əli - Trend:

Bakıda vətəndaşa qarşı quldurluq edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, R.Rüstəmov küçəsi 66 ünvanının qarşısında baş verib. Bakı şəhər sakini Zülfüqarzadə Şəhriyar İlqar oğlu həmin ünvanın qarşısında 3 nəfər tanımadığı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxslər ona zor tətbiq etməklə 109 manatını, "Samsung" markalı mobil telefonunu və köynəyini alıb hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi başlanıb, hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.


Etiketlər:  Bakıda quldur dəstə vətəndaşa hücum etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ