Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Viruslar immunitetimizdən güclü ola bilməz - Alimlər nə tövsiyə edir?

Viruslar immunitetimizdən güclü ola bilməz - Alimlər nə tövsiyə edir?

Tarix: 11 Iyun 2020 22:06

Koronavirus öz bədxah yürüşünü davam edir. COVİD-lə əlaqəli vəziyyət aydın göstərir ki, biz bu virusla hələ uzun müddət yaşamalı olacayıq.

İnsan müxtəlif törədicilərlə daim təmasdadır. Mikroorqanizmlərin mövcüdluğu insanın qoruyucu qüvvələrini daim oyaq vəziyyətdə saxlayaraq istənilən xəstəliklə mübarizəyə sövq edir. Lakin virusun xassələri təbii və ya süni şəkildə dəyişildikdə törədici aqressivləşir və orqanizmi təhlükə qarşısında aciz qoyur.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, xəstəliyin əsasən hava - damcı və fekal-oral yol ilə yayılması virus həmləsini, demək olar ki, qarşısıalınmaz edir.

Xüsusən də yanaşı xəstəlikləri olan insanlarda ciddi fəsadlarla (tənəffüs çatışmazlığı, pnevmoniya, böyrək çatışmazlığı) ağırlaşan, spesifik müalicə metodları olmayan infeksiyadan necə qorunmaq olar?

Adi gigiyenik qaydalara (əllərin mütəmadi dezinfeksiyası, qapalı məkanlarda mümkün qədər az olmaq və maska taxmaq, qidalanma və yuxu rejiminə diqqət) riayət etmək, əlbəttə də ki, virusun yayılmasını əngəlləyən amillərdir.
Lakin xəstəliklə mübarizədə ən doğru önləndirici tədbir - məhz orqanizmin özünün müdafiə qüvvələrinin gücləndirilməsidir.

Orqanizmin daxili mühitinin normallığı, optimal fəaliyyət göstərən immun sistemi - xəstəliklərdən qorunmaq üçün vacibdir.

Bu məqsədlə pandemiya dövründə ABŞ-da, Finlandiyada, Çində, Türkiyədə virusla mübarizədə uğurlu nəticələr vermiş Yüksəkdozalı Vitamin C tövsiyə olunur.

Yüksəkdozalı Vitamin C-nin terapevtik faydası tədqiqatlarla sübut olunub. Yüksəkdozalı vitamin C-nin çoxsaylı farmakoloji xüsusiyyətləri sırasında aşağıdakılar immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir:

• İmmun sisteminin spesifik hüceyrələri və neytrofillərin aktivliyini normallaşdıraraq virus və bakteriyaya qarşı immun cavabı təmin edir
• Komplement sistemini aktivləşdirir
• İnterferon sintezini artırır
• Antioksidant təsir göstərir

Venadaxili Yüksəkdozalı Vitamin C ölkəmizdə də COVİD-19 -a yoluxmuş xəstələrə istifadə olunmuş və arzuolunan nəticələr əldə olunmuşdur.


Etiketlər:  Viruslar immunitetimizdən güclü bilməz Alimlər tövsiyə edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ