Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 22:20
iPhone 11-in kilidini açdıqdan və ya qaranlıq rejimi aktivləşdirdikdən sonra smartfonun ekranında yaşıl kölgə əmələ gəlir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.
Məlumata əsasən, bir çox iPhone 11, 11 Pro, 11 Pro Max sahibi həmin problemlə bağlı şikayətlənib.
Ehtimal olunur ki, nasazlıq smartfonların əməliyyat sistemi iOS 13.5 versiyasına yeniləndikdən sonra baş verib. Əməliyyat sisteminin düzəlişi yeni versiyasında yer alması gözlənilir. iOS 13.5.5 hazırda ictimai test mərhələsindədir.