Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 00:20
Bakı. Trend:
ABŞ-ın “Tesla” elektrik avtomobilləri şirkətinin səhmləri 6 faiz bahalaşıb.
Trend-in məlumatına görə, nəticədə İlon Maska məxsus “Tesla”nın kapitallaşması Yaponiyanın “Toyota” şirkətini keçərək ən bahalı avtomobil şirkəti olub.
Hazırda “Tesla”nın kapitallaşması 185,3 milyard dollara bərabərdir. 178,7 milyard dollar kapitallaşmaya malik “Toyota” 2-ci pilləyə geriləyib.
İlk üçlüyü 85,5 milyard dollar kapitallaşma ilə Almaniyanın “Volkswagen” şirkəti tamamlayır.