Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 03:28
Bakı. Trend:
ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsi ölkənin müdafiə büdcəsi üzrə qərar qəbul edib.
Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, səsverməyə əsasən medafiə büdcəsi 740 milyard dollar təşkil edəcək.
Məlumata əsasən, səsvermədə 27 nəfər iştirak edib, onlardan 25-i büdcənin lehinə, 2-si isə əleyhinə səs verib.
Bildirilir ki, büdcənin tam təsdiq edilməsi üçün layihə Senatın bütün üzvləri tərəfindən qəbul edilməlidir, Nümayəndələr Palatası tərəfindən razılaşdırılmalıdır, daha sonra isə ABŞ prezidenti Donald Tramp imzalamalıdır.