Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 12:33
Bakı. İlhamə İsabalayeva – Trend:
Bədən hərarəti aşkarlandığına görə, buraxılış imtahanına buraxılmayan şagirdlər üçün yenidən imtahanların təşkili ilə bağlı Təhsil Nazirliyi ilə birlikdə müzakirələr aparılır.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.
Onun sözlərinə görə, bununla bağlı hələ qərar verilməyib: “Amma buna bir ümid də var deyərik”.
B.Xəlilov əlavə edib ki, imtahanlarda üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün sentyabrda yenidən imtahan keçiriləcək.