Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 12:44
Bakı. Trend:
Fransanın Nim şəhərində məhkəmə binasının gözləmə zalında atışma baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub.
Qeyd olunur ki, məhkəmə binasında bir atəş səsi eşidilib. Polis bu hadisənin intihar olduğunu hesab edir.
İnsidentlə əlaqədar məhkəmədə olanlar təxliyə olunub. Binada partlayıcı maddənin olub-olmaması ilə bağlı axtarışlar aparılır.