Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2020 11:04
“Yuventus” yarımmüdafiəçisi Aaron Remsi ilə yolları ayırmaq qərarı verib.
Qol.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, buna futboçunun həftədə 400 min avro olmaqla yüksək maaş almasıdır. Klub rəhbərliyi koronavirus dövründəki iqtisadi çətinliyinə görə bu qədər məbləği ödəməkdə çətinlik çəkir.
Bu səbəbdən uelsli futbolçunun transferə çıxarıldığı iddia edilib. Onun İngiltərənin iki klubuna (biri “Mançester Yunayted”, digərinin adı dəqiqləşdirilməyib) təklif olunduğu bildirilib. Futbolçu maddi məsələlərdə güzəştə gedərsə, onun “qırmızı-şeytanlar”la keçə biləcəyi vurğulanıb.
Xatırladaq ki, Remsi “Yuventus”a 2019-cu ildə “Arsenal”dan transfer olunub.