Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2019 23:03
Bakı. Sara İsrafilbəyova - Trend:
2018-ci ildə Azərbaycanın neft və qaz tranzitindən gəlirləri 10,69 milyon dollar (18,1 milyon manat) təşkil edib.
Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının hesabatında deyilir.
Hesabata əsasən, bu göstərici 2017-ci illə müqayisədə 188,2 min manat və ötən ilin proqnozlaşdırılmış göstəricilərindən 4,2 faiz çoxdur.
Bundan başqa, qeyd olunur ki, hesabat dövründə Bakı-Supsa neft kəmərinin Azərbaycan hissəsindən 27,9 milyon barel neft nəql olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin