Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2020 12:24
Bakıda marşrut avtobuslarında maska taxmayan şəxslərə qarşı reyd keçirilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq üçün ictimai nəqliyyatda reyd keçirilib.
Binəqədi rayonunda keçirilən tədbirdə ictimai nəqliyyatda maskasız olan şəxslər avtobusdan düşürülüb və 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Polis əməkdaşları mülki geyimdə avtobuslara daxil olaraq yoxlama aparıblar. Bu cür reydlər paytaxt ərazisində davam etdiriləcək.