Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirvanda maskalı şəxslər evə basqın edib - FOTO

Şirvanda maskalı şəxslər evə basqın edib - FOTO

Tarix: 13 Iyun 2020 14:06

Şirvanda evə basqın edən şəxslər tutulub.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Şirvan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində iyunun 11-də gecə saat 01.00 radələrində mənzillərdən birinə basqın edərək pul və qızıl üzük aparan şəxslər saxlanılıb.

İstintaqla müəyyən edilib ki, naməlum şəxslər Şirvan şəhər sakini, 79 yaşlı Xudaverdiyev İnqilab Əsgər oğlunun yaşadığı evə basqın edərək ev sahibinin ağzını, əllərini və ayaqlarını yapışqanla bağlayıb, sonra onu döyüb, evdən 2200 manat pul və qızıl üzük götürərək hadisə yerindən qaçıblar.

Həyata keçirilən tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinənlər - Şirvan sakinləri, 1983-cü il təvəllüdlü Baxşıyev Baxış Şirindil oğlu, 1985-ci il təvəllüdlü Əhmədov Elsevər Elman oğlu və əvvəllər məhkum olunan, 1977-ci il təvəllüdlü Məmmədov Rüstəm Yavər oğlu tutulublar.

İstintaqla müəyyən edilib ki, basqınında iki nəfər iştirak edib. Üçüncü şəxs isə basqın anında ev sahibinin oğlunu evdən yayındırmaq üçün restorana aparıb və orda yeyib-içiblər.

Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Etiketlər:  Şirvanda maskalı şəxslər evə basqın edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ