Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Roma, biz buradayıq" - Ronaldo

Tarix: 13 Iyun 2020 17:28

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo komandasının İtaliya kubokunun finalına yüksəlməsini şərh edib.

Qol.az xəbər verir ki, bununla bağlı o, özünün "İnstaqram" səhifəsində yazıb: "Yenidən başlamaq fərqli idi, amma məqsədimizə çatdıq. Roma, biz buradayıq".

Qeyd edək ki, "Yuventus" "Milan"la iki görüşün nəticəsinə əsasən (1:1, 0:0) səfərdə vurduğu qol hesabına finala çıxıb. Turin təmsilçisi finalda "Napoli" - "İnter" cütlüyünün qalibi ilə qarşılaşacaq. Həlledici görüş isə iyunun 17-i Romada keçiriləcək.

 


Etiketlər:  Roma biz buradayıq Ronaldo


RƏYLƏR