Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tolik atasının ikinci evliliyindən danışdı: “O xanımdan zərrə qədər ögeylik hiss etməmişəm”

Tolik atasının ikinci evliliyindən danışdı: “O xanımdan zərrə qədər ögeylik hiss etməmişəm”

Tarix: 13 Iyun 2020 20:50

Məşhur prodüser Tarix Əliyevin (Tolik) neftçi atası Tahir Əliyev ATV telekanalında yayımlanan "Zaurla Günaydın" səhər şousunda qonaq olarkən ikinci dəfə ailə qurmasından söhbət açıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, məşhurun atası Ceyran adlı xanımı ilə tanış olmaqlarının tarixçəsini danışıb.

T.Əliyev Ceyranla çalışdığı Neft Daşlarında tanış olduğunu dilə gətirib:

"Neft daşlarında çalışırdım. Avtobus idarə edirdim. Ceyranın da əmisi oğlu Neft Daşlarında işləyirdi. Gəlib mənə sual verdi ki, "Avtomobilimiz yoxdur, bizi gəzdirə bilərsən?" Söylədim ki, heç bir problem yoxdur. Orada da Ceyranı görüb, tanıdım. Sürücü kimi artıq onun yaşadığı evi tanıyırdım. Beləcə bizim tanışlığımız baş tutdu. 22 ildir ki, bir-birimizi tanıyırıq".

Atasının çıxışını Tolik bu sözlərlə davam edib:

"Atam ailə quranda mənim 21 yaşım var idi. Ceyranda özümə qarşı zərrə qədər ögeylik hiss etməmişəm. İnsan keçmişini dana bilməz. Atam Ceyranla ailə quranda çalışdığı Radiozavodun yataqxanasında ona bir otaqlı ev vermişdilər. Ceyran bir otaqlı evə məni qəbul etdi. O evdə atam da qalırdı, mən də.

Elə günlər olurdu ki, qızdırma içində evdə yatırdım, səhərə kimi Ceyran mənə baxırdı. Ona görə onu həddən artıq çox istəyirəm. Ceyranın qohumları da məni qəbul etdilər. Ona qohumları deyə bilərdilər ki, 21 yaşlı oğlan bir otaqlı evdə nə gəzir? Amma buna rəğmən o məni qəbul etdi".

Qeyd edək ki, T.Əliyevin doğma anası və bacısı Almaniyada yaşayır. Prodüserin atasının ikinci evliliyindən bir qız övladı var.


Etiketlər:  Tolik atasının ikinci evliliyindən danışdı xanımdan zərrə qədər ögeylik hiss etməmişəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ