Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2020 22:27
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daxili auditi nəticəsində aşkar olunan qanun pozuntularına hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, müraciət əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib. Əməliyyat tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və orada çalışan daha bir nəfər - Elçin Ələkbərov saxlanılıblar.
Onlar işlərində ciddi nöqsanlara yol verməkdə və vətəndaşlara saxta yolla ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinirlər.
DSMF-nin Kəpəz rayon Şöbəsinin rəisi Ülfət Əhmədov isə tutduğu vəzifədən azad olunub.