Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2020 09:14
Almaniyanın futbol üzrə Bundesliqasının 31-ci turunda Münhenin "Bavariya" klubu Münhenqladbahın "Borussiya" klubunu qəbul edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Coşua Zirke (26-cı dəqiqə), Benjamen Pavar (37-ci dəqiqə, avtoqol) və Leon Qoretska (86-cı dəqiqə) vurublar.
"Bavariya"nın 31-ci turdakı qalibiyyəti Bundesliqada ardıcıl onuncu qələbəsi olub.
Qeyd edək ki, hazırda "Bavariya" 73 xalla turnir cədvəlində birinci yerdə qərarlaşıb.