Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2020 15:20
Müğənni Sevda Yahyayeva şəxsi biznesini qurmaq fikrindədir.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi bu barədə "MTV Azərbaycan"a müsahibəsi zamanı danışıb. Pandemiya ərəfəsində toyların olmamasından, gəlirinin azalmasından gileylənən Sevda bildirib ki, moda evi açmağı planlaşdırır:
"Bundan sonra gərək biznes haqda da düşünəm. Çünki hazırda yalnız müğənniliklə qazanc əldə etmək mümkün deyil. Əlbəttə, bütün dünyada bu belədir. Böyük bir biznes qurmaq fikrində deyiləm. Özümə məxsus bir atelyem olsun istəyirəm. O moda evində gözəl geyimlər tikilsin. Məni sevən insanlar oradan geyim əldə edə bilsinlər. Həm də, hər zaman öz brendimi geyinim. Belə bir fikrim çoxdan var idi. Amma deyirdim ki, yox, ifaçılıqdan gəlir əldə etməyim bəsimdir. Amma indi görürəm ki, onu da etmək lazımdır. Düzdür, elə bir sahədir ki, belə bir vəziyyətdə o da işləməyəcək. Gələcəkdə belə bir işim olarsa, mənə müraciət edən hər kəsə kömək edərəm".