Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərt karantin rejimi başa çatıb

Sərt karantin rejimi başa çatıb

Tarix: 16 Iyun 2020 06:54

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində tətbiq edilən sərt karantin rejimi başa çatıb.

Sonxeber.net xəbər verir ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən karantin rejiminin tələblərinə əməl olunmasına ciddi nəzarət edilib. İyunun 14-də saat 00:00-dan iyunun 15-i saat 06:00-dək qeyd olunan şəhər və rayonlarda bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda, ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. İnsanların yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan olunub. Sərtləşdirilmiş xüsusi karantin rejimini pozanlar inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, Azərbaycanda koronavirus təhlükəsinə qarşı görülən bu və digər qabaqlayıcı tədbirlər vətəndaşlarımızın sağlamlığına, ölkəmizin COVID-19 epidemiyasından mümkün qədər az itkilərlə çıxmasına yönəlib. Odur ki, hər bir vətəndaş karantin rejiminə ciddi əməl etməlidir.


Etiketlər:  Sərt karantin rejimi başa çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ