Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 11:16
Bakı. Trend:
Yerevanda Ermənistan parlamentinin qarşısına polis qüvvələri və su şırnaqları cəlb edilib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu gün parlamentdə müxalif deputat, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanın deputatlıq mandatının ləğv olunması məsələsi müzakirə olunacaq.
Bir neçə gün əvvəl Q.Tsarukyan prokurorluğa çağırılaraq, seçki saxtakarlığı, mənimsəmə və vergidən yayınma ittihamları ilə bağlı ifadə verib. Bununla əlaqədar, siyasətçinin tərəfdarları ilə polis arasında toqquşma qeydə alınıb.
Hazırda Q.Tsarukyanın tərəfdarları Ermənistan parlamentinin qarşısına toplaşıb.