Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağsu aşırımında yanğın bəzi istiqamətlərdə nəzarətə götürülüb - YENİLƏNİB - VİDEO - FOTO

Ağsu aşırımında yanğın bəzi istiqamətlərdə nəzarətə götürülüb - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 16 Iyun 2020 23:30

Xəbər verildiyi kimi, iyunun 16-da Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı adlanan dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb edilib.

Yanğın bəzi istiqamətlərdə nəzarətə götürülüb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

18:01

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ağsu rayonunda Ağsu aşırımı ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Mülkü müdafiə qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Milli.Az


Etiketlər:  Ağsu aşırımında yanğın bəzi istiqamətlərdə nəzarətə götürülüb YENİLƏNİB VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ