Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 08:52
Bakı. Trend:
Honduras prezidenti Xuan Orlando Ernandes yeni növ koronavirusa yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkə prezidenti milli televiziyada çıxışı zamanı deyib.
O.Ernandes bildirib: "Ölkə prezidenti və məsuliyyətli bir vətəndaş olaraq sizə bildirmək istəyirəm ki, həftə sonu özümü yaxşı hiss etmirdim. Bu gün (iyunun 17-si - red.) mənim koronavirusa yoluxduğumu bildirdilər".
Hondusra prezidenti qeyd edib ki, mütəxəssislər ona dincəlməyi tövsiyə ediblər, lakin o, məsafədən və əməkdaşların köməyi ilə işə davam edəcək.
Prezidenti vurğulayıb ki, onda xəstəliyin yüngül forması aşkarlanıb, o artıq dərmanlar qəbul etməyə başlayıb və özünü daha yaxşı hiss edir.
O.Ernandes əlavə edib ki, koronavirusa onun həyat yoldaşı da yoluxub: "Onun xəstəliyi simptomsuz keçir".
Qeyd edilir ki, Honduras prezidentinin həmçinin iki əməkdaşı da koronavirusdan müalicə alır.