Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Direktorların işə qəbulu müsabiqəsi avqustun əvvəlində keçirilə bilər

Direktorların işə qəbulu müsabiqəsi avqustun əvvəlində keçirilə bilər

Tarix: 17 Iyun 2020 09:36

Azərbaycanda direktorların işə qəbulu müsabiqəsinin avqust ayının əvvəlində keçiriləcəyi gözlənilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, texniki təchizatla bağlı işləri 2 dəfə görməmək üçün direktorların işə qəbulunun test mərhələsinin müəllimlərin işə qəbulunun test mərhələsindən dərhal sonra keçirilir:

"Bu hesabla götürsək, o qənaətə gələ bilərik ki, direktorların işə qəbulunun avqust ayının əvvəlinə təsadüf edəcək. Namizədlərin tez bir zamanda müsabiqəyə hazırlaşmağa başlamasında fayda görürəm".

Milli.Az


Etiketlər:  Direktorların işə qəbulu müsabiqəsi avqustun əvvəlində keçirilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ