Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 15:36
Son günlər vətəndaşlar birdəfəlik tibbi maskadan xüsusi qoxu gəldiyini deyir. Virusdan qorunmaq üçün maskadan istifadənin həm zəruri , həm də məcburi olduğu bir dövürdə mütəxəssislər bunun təhlükəli olduğunu deyir.
Sonxeber.net xəbər verir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.
Sakin: "Dodağa dəyəndə qaşınma əmələ gəlir".
Səkinə Babayeva - BTF-nin rəhbəri: "Parça materialdan olduqda bu maskalar fəsadlar yarada bilər. Palimerdən hazırlanan örtük qatlara isə hopdurulma var və ya kley kimi nəsə çəkilir".
İlqar Hüseynli - Ekspert: "Sənayə istehsalının qoxusu həm qablaşdırma zamanı tibbi maskalara çökə bilər, həm də sənaye üsulu ilə sintetik qoxular o materialın özündə qala bilər".
Bakı Tekstil fabrikinin rəhbəri Səkinə Babayeva deyir ki, maskalar pambıq tərkibli materialdan olmalıdır. Bu standartlar isə, yerli istehsalda tam qorunur.
Səkinə Babayeva - BTF-nin rəhbəri: "Ən yüksək keyfiyyətə malik, toxunmayan, hopdurulmuş, bakteriyalar əleyhinə 3 qat maskadan istifadə edirik".
Azad İstehsalçılar Birliyin sədri Eyyub Hüseynov deyir ki, sintetik kərkibli belə maskalar satış məntəqəlində kifayə qədərdir. Bu isə korona virus qədər digər xəstəliklərə yol aça bilər.
Eyyub Hüseynov - AİB-in sədri: "Polietilen qoxusu verir. Yanmır pambıq kimi. Maskanın hər qatın hamısı, polimerdir".
Hər bir halda mütəxəssislər bu cür halları əsas gətirib maskasız gəzməyi tövsiyə etmirlər. İctimai yerlərdə, qapalı məkanlarda özümüzü qorumasaq vəziyyət daha da gərginləşəcək...