Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmtahan yerlərində dezinfeksiya və təmizlik işləri aparılıb - FOTO

İmtahan yerlərində dezinfeksiya və təmizlik işləri aparılıb - FOTO

Tarix: 17 Iyun 2020 20:10

Dövlət İmtahan Mərkəzi tərəfindən 18 və 19 iyun 2020-ci il tarixlərində ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcəkdir.

Dövlət İmtahan Mərkəzindən Sonxeber.net-a verilən məlumata görə, pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər həyata keçirilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə dünən və bu gün təkrar baxış keçirilib və bütün imtahan binalarında və otaqlarda, dəhlizlərdə dezinfeksiya və təmizlik işləri aparılıb və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb.

Bundan əlavə, şagirdlərin (abituriyentlərin) imtahana buraxılış zamanı toplaşacağı yerlərdə sosial izolyasiya qaydalarına əməl etməsi üçün 2 metrlik ara məsafəsi nişanları çəkilib.

İşlər yekunlaşdıqdan sonra imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.


Etiketlər:  İmtahan yerlərində dezinfeksiya təmizlik işləri aparılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ