Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Facebook şirkəti startaplara investisiya üçün vençur fondu yaradır

Facebook şirkəti startaplara investisiya üçün vençur fondu yaradır

Tarix: 18 Iyun 2020 08:12

Facebook şirkəti New Product Experimentation (NPE) komandası üçün investisiyalar üzrə rəhbər vakansiyasını elan edib. Şirkət milyonlarla dollarlıq investisiya fonduna başçılıq edəcək investorlar axtarışındadır. Bu barədə Axios saytı xəbər verib. Facebook bildirib ki, sözügedən vakansiyaya namizəd İT sahəsində 10 illik iş təcrübəsinə sahib olmalıdır.

Facebook təmsilçisi qeyd edib ki, şirkət artq bu vakansiya üçün uyğun bir adam seçib. Lakin onun adı hələ açıqlanmır. Yaradılan yeni fondun idarəsi məsələsində Google və Kleiner Perkins kimi şirkətlərdə çalışmış Shabih Rizvi köməklik edəcək. Məlumata əsasən sözügedən fond Facebook şirkətinə hələ startapın yetəri qədər böyümədiyi mərhələdə maraqlı tətbiqlərin tapılmasında yardımçı olacaq.


Etiketlər:  Facebook şirkəti startaplara investisiya üçün vençur fondu yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ