Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın sabiq qapıçısı ''Qalatasaray''ın hədəfində

''Qarabağ''ın sabiq qapıçısı ''Qalatasaray''ın hədəfində

Tarix: 18 Iyun 2020 10:28

"Qarabağ"ın sabiq qapıçısı, hazırda "Erzurumspor"da oynayan İbrahim Şehiç karyerasını "Qalatasaray"da davam etdirə bilər.

Qol.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb. Bildirilib ki, İstanbul təmsilçisinin əsas qapıçısı Fernando Musleranın uzun müddət yaşıl meydanlardan uzaq qalması səbəbindən klub yeni qolkiper axtarışlarına başlayıb.

Türkiyə Superliqasında oynayanlar arasında namizədlər sırasında İbrahim Şehiç, Fabien Farnole ("Yeni Malatyaspor"), Silviu Lunq ("Kayserispor") olduğu bildirilib.

"Qalatasarayın eyni zamanda Subaşiç ("Monako"), Klaudio Bravo ("Mançester Siti"), Antonio Adan ("Atletiko") və Co Hartla ("Bernli")  maraqlandığı iddia olunub.

 


Etiketlər:  Qarabağın sabiq qapıçısı Qalatasarayın hədəfində


RƏYLƏR