Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 22:39
Azərbaycanla yeni hərtərəfli razılaşma ilə bağlı danışıqlar inkişaf mərhələsindədir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Avropa İttifaqı (Aİ) liderləri və Şərq Tərəfdaşlığı ölkələrinin videokonfransından sonra keçirilən mətbuat brifinqində deyib.
O bildirib ki, Şərq Tərəfdaşlığı ölkələrinin zirvə görüşü 2021-ci ilin martında Brüsseldə keçiriləcək:
"Gələn il yaxşı hazırlaşmaq və birgə bəyannamə qəbul etmək üçün birlikdə beş prioritet, beş vacib mövzu müəyyənləşdirdik".
Ş.Mişel qeyd edib ki, Şərq Tərəfdaşlığı Aİ-nin xarici siyasətinin prioritet hissəsidir:
"Son on ildə əməkdaşlığımız inkişaf etdi. Aİ ilə altı tərəfdaş arasında ticarət iki dəfə artıb. Birlikdə Şərq Tərəfdaşlığı ölkələri Aİ-nin onuncu ən böyük ticarət tərəfdaşıdır".
COVID-19 ilə mübarizədə əməkdaşlıqdan danışan Ş.Mişel, Avropa İttifaqı bölgədəki tərəfdaşlarına dəstək vasitələri təqdim etməklə çox tez reaksiya verdiyini bildirib:
"Bu ölkələrin bölgədəki dəstəyinə 1 milyard avro səfərbər edilmişdir. Tibbi avadanlıqlar, əlcəklər, maskalar və respiratorlar da verdik. Bu dəstək Şərq Tərəfdaşlığının Aİ üçün əhəmiyyətini əyani şəkildə göstərir".