Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 15:30
Bakı. Trend:
Ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin tələblərinə uyğun olaraq, prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə gənc və peşəkar kadr korpusunun komplektləşdirilməsi istiqamətində institusional islahatlar davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə İbrahim Ləmbəranski Bakı şəhərinin Sabunçu, Rəşid Mahmudov Suraxanı, Elman Süleymanov Yasamal, Hidayət Nurəlibəyov Nərimanov, Həsən Hənifəyev Nəsimi rayonunun prokuroru vəzifələrinə təyin edilmişlər.