Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın işğalçı və terrorçu siyasətini ifşa etdi

Deputat: Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın işğalçı və terrorçu siyasətini ifşa etdi

Tarix: 20 Iyun 2020 10:15

"2020-ci il iyunun 18-də Avropa İttifaqı və "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçılarının video konfransında Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Ermənistanın işğalçı və terrorçu siyasətini ifşa etdi".

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Kamal Cəfərov deyib.

K.Cəfərov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar:

"Dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş verib. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən terror aktında 8 nəfər həlak olub, 55 nəfər yaralanıb. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunur. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın o vaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilir, mənzil və işlə təmin olunur. Bu, bir daha onu göstərir ki, qanlı terror törədən insanın Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biridir".

Deputat vurğulayıb ki, Ermənistan hakimiyyəti hətta diaspora fəaliyyətində də terrorçuları yüksək vəzifələrə təyin etdirirlər:

"Belə ki, ermənilərin ABŞ-da yaratdığı, diaspora sahəsinə neqativ mənada ən çox tanınmış olanı Amerikanın Erməni Milli Komitəsidir (ANCA). ABŞ-da Azərbaycan əleyhinə yönəlmiş istənilən addımın arxasında istisnasız olaraq ermənilərin, xüsusilə erməni lobbisinin və diaspor təşkilatlarının durduğu heç kimə sirr deyil. Bu təşkilatlardan ən böyüyü 1918-ci ildə əsası qoyulmuş Amerikanın Erməni Milli Komitəsidir. Bu təşkilat 1941-ci ildə ANCA adlanmağa başlayıb, ona qədər Ermənistanın Müstəqilliyi Naminə Amerika Komitəsi idi.

Bütün hədəflərini Azərbaycan əleyhinə quran, bunun üçün hətta kriminal fəaliyyətdən belə çəkinməyən bu təşkilatın rəhbərlərinin terrorçuluq fəaliyyəti və onu dəstəkləməsi rəsmi orqanlar tərəfindən dəfələrlə təsdiqlənib. Misal üçün 1982-ci ildə ABŞ-da terror aktına cəhd göstərdiklərinə görə "LA Five" (Beşlik) kimi tanınan "Erməni Genosidinin Ədalətli Döyüşçüləri"nin beş erməni üzvü həbs olundu. Həmin şəxslərin cinayət əməlləri tam sübut olunub və həbs olunublar. Lakin ANCA bu cinayətkarları maliyyələşdirmək, rəhbər vəzifələrə təyin etməkdə davam etməklə onlarla sıx bağlantılarını qoruyub saxlayır. 1982-ci ildə həbs olunanlar - Karniq Sarkisyan, Viken Yakubiyan, Viken Hovsepyan, Viken Yakubyan və Stiven Con Dadayan idi.

Hazırda Dadayan ANCA-nın Qərb Bölgəsi üzrə Şurasının məsləhətçisidir. Hovsepyan və Yakubyan Erməni Mədəniyyət Fondunun qərbi ABŞ üzrə Şura üzvləridir. Sözügedən Fond 2012-ci ildə ANCA İanə Fondundan 200000 dollar yardım alıb. Yakubyan həmçinin, 2015-ci ildə Erməni İnqilab Federasiyası Bürosuna üzv seçilib. Hovsepyanın arvadı Nora hazırda ANCA-nın Qərb regionu üzrə bölməsinin prezidenti, Topalyan isə həmin təşkilatın şurasının məsləhətçisidir.

Hədəfə çatmaq üçün bütün vasitələrdən istifadə edən ANCA eyni zamanda anti-Amerika təşkilatı olan Erməni İnqilab Federasiyası (EİF) ilə də sıx ittifaqdadır. Misal üçün EİF-in Şərqi ABŞ üzrə bölməsinin qərargahı və ANCA Şərq Regionu İanə Fondu eyni binada yerləşir. EİF-in Qərbi ABŞ üzrə bölməsi qərargahı və ANCA Qərb Regionu ofisi eyni binada yerləşir. Bu cür nümunələr çoxdur".

K.Cəfərov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tarixi həqiqətlərə əsaslan, obyektiv faktlarla Paşinyanın cavabını növbəti dəfə verdi:

"Əlbəttə pərt vəziyyətdə olan Paşinyan çaşaraq beynəlxalq aləmdə qəbul olunmuş "Naqornıy Karabagh" sözünü işlətdi. Halbuki, o həmişə ermənicə çıxışında "Artsax" sözündən istifadə edirdi. Daha sonra qarşısındakı konspektdə cavablar olmadığından, ingiliscə fikirlərini ifadə edə bilmədiyi üçün ermənicə danışdı. Bu isə bütün hallarda istənilən bir hökumət başçısı üçün arzuolunan vəziyyət deyil".


Etiketlər:  Deputat Prezident İlham Əliyev növbəti dəfə Ermənistanın işğalçı terrorçu siyasətini ifşa etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ