Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 11:34
"İcazə portalı fəaliyyətinə icazə verilmiş qurumların əməkdaşlarına icazə almaq üçün nəzərdə tutulan bir portaldır".
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Ü.Mehdiyev bildirib ki, bu icazə sadəcə işə gəlmək və işdən getmək üçün olan bir icazədir. Ü.Mehdiyev vurğulayıb ki, SMS (8103) icazə sistemi isə yalnız zəruri olduğu halda yaşayış yerini tərk etmək üçün nəzərdə tutulur.
Tibb müəssisəni getmək üçün icazə 2 saat olur və əgər tibb müəssisəsibndə olma müddəti 2 saatı keçirsə bu halda vətəndaşlar tibbi müəssisəsindən arayış almalı və evə qayıdarkən bunu polis əməkdaşlarına təqdim etməlidir: "Və yaxud da hansısa müəssisədə xidmət almağa gedirsə və bu xidmət vaxtı 2 saatı keçirsə vətəndaş həmin müəssisədən arayış almalıdır".
O qeyd edib ki, vətəndaşlar ehtiyac olmadığı halda evdən çıxmamalıdırlar.