Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 11:42
Bakı. Elçin Mehdiyev - Trend:
Sərt karantin rejimində vəfat etmiş yaxınlarının dəfn mərasimində iştirak etmək istəyən vətəndaşlar icazəni Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etməklə almalıdırlar.
Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərərgahın bu gün keçirilən brifinqində deyib.
Ü.Mehdiyev bildirib ki, SMS icazə sistemində dəfn mərasimində iştirak etmək üçün icazə nəzərdə tutlmur: “Bunun üçün vətəndaşlar Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etməlidirlər”.