Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərtləşdirilmiş karantin rejimi başladı: Bu hallarda evdən icazəsiz çıxmaq olar

Sərtləşdirilmiş karantin rejimi başladı: Bu hallarda evdən icazəsiz çıxmaq olar

Tarix: 21 Iyun 2020 00:24

Bu gündən 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı tədbirlər tətbiq edilir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur.

Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Qeyd edək ki, digər hallarda yaşayış yerini icazəsiz tərk edən vətəndaşlar məsuliyyətə cəlb olunacaq.


Etiketlər:  Sərtləşdirilmiş karantin rejimi başladı hallarda evdən icazəsiz çıxmaq olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ