Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polis maskadan istifadə etməyənlərin cərimələnməsi üçün daha aktiv fəaliyyətə keçməlidir - Komitə sədri

Polis maskadan istifadə etməyənlərin cərimələnməsi üçün daha aktiv fəaliyyətə keçməlidir - Komitə sədri

Tarix: 22 Iyun 2020 09:24

"Tələb olunan yerlərdə tibbi maskadan istifadə etməyənlərin cərimələnməsi üçün polis daha aktiv fəaliyyətə keçməlidir".

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Onun sözlərinə görə, xüsusilə metroda və yerüstü ictimai nəqliyyatda qanunu pozanların cərimələnməsi və bu istiqamətdə real tədbirlərin icrasına start verilməlidir.

M.Quliyev qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah hər gün qaydaları pozanlar və cərimələnlər barədə ictimaiyyətə məlumat verməlidir.

Xatırladaq ki, COVİD-19 pandemiyası ilə əlaqədar sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində maska taxmaq məcburidir.

İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbini pozan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə olunur. Bu xətanın artıq bir dəfə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.


Etiketlər:  Polis maskadan istifadə etməyənlərin cərimələnməsi üçün daha aktiv fəaliyyətə keçməlidir Komitə sədri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ