Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mütəxəssis: Bütün ixtisas həkimlərinə COVİD-19-un müalicəsinə görə hazırlıq kursları keçirilsin

Mütəxəssis: Bütün ixtisas həkimlərinə COVİD-19-un müalicəsinə görə hazırlıq kursları keçirilsin

Tarix: 22 Iyun 2020 12:20

"Azərbaycanda ehtiyat tədbirləri olaraq COVİD-19-la mübarizədə həm özəl, həm də dövlət xəstəxanalarında işləyən bütün ixtisas həkimlərinə bu virusun müalicəsinə görə hazırlıq kurslarının keçirilməsi yaxşı olardı".

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, COVİD-19 xəstələrinin sayı gün-gündən artır:

"Hazırda vəziyyət ağırdır. Xəstə sayı artdığına görə son günlər "103" təcili tibbi yardım xidmətinin də üzərinə çox yük düşür. "103"ə zəng edəndə çox vaxt ya məşğul olurlar, ya da digər xəstələrin yardımına tez çatmaq onlar üçün çətin olur. Bunu da nəzərə alaq ki, evlərdə nə qədər ağır xəstə var. Artıq bütün ixtisas həkimlərimiz səfərbər olmalıdırlar. Eyni həkimlərin çiyninə çox yük düşməməlidir, çünki onların immun sistemi zəifləyə bilər, növbəli şəkildə bu yükü azaltmaq lazımdır. Həkimlər anidən baş verə biləcək hər şeyə hazırlıqlı olmalıdırlar. Hər birimiz bu xəstəliyə tutula bilərik. Buna görə də təcili surətdə ilkin tibbi yardım kursları təşkil olunmalıdır və COVİD-19-a qarşı birgə mübarizə aparılmalıdır".

Y.Abdiyeva əlavə edib ki, hazırlıq kursları onlayn webinar seminarlar formasında da təşkil edilə bilər. Respublikanın hər yerində - həm xəstəxana, həm də poliklinika həkimlərinə təlimin keçirilməsi vacibdir.


Etiketlər:  Mütəxəssis Bütün ixtisas həkimlərinə COVİD müalicəsinə görə hazırlıq kursları keçirilsin


RƏYLƏR