Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Analığından zövq alsın'' - Küsülü olduğu müğənni Natavan haqda

''Analığından zövq alsın'' - Küsülü olduğu müğənni Natavan haqda

Tarix: 22 Iyun 2020 13:45

Müğənnilər Natavan Həbibi və Ayan Babakişiyeva küsülü imiş.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu haqda Ayan "ATV maqazin onlarla" verilişində qonaq olarkən danışıb. O, "Küsülü olduğun bir müğənninin görüntüsünə şərh yazmışdın" sözlərinə belə reaksiya verib:

"Natavanın səhifəsində yox, başqa bir yerdə onla bağlı paylaşıma yazmışdım. Qarşıma çıxsa, övladını görsəm, yazaram Allah saxlasın. Yaş o yaş deyil ki, kin saxlayaq.

Allah onun balasını saxlasın. Sevinirəm ki, ana oldu. Bunun dadını çıxarsın, həyatdan zövq alsın".

Küsülü olmalarının səbəbini açıqlamaq istəməyən Ayan "İnsan özü öz yanından kin saxlayırsa, mən onu dağıda bilməyəcəm. Elə o kinlə də yaşayacaq" sözlərini əlavə edib.


Etiketlər:  Analığından zövq alsın Küsülü olduğu müğənni Natavan haqda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ