Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Martines getmək istədiyini deməyib'' - İnter-dən açıqlama

''Martines getmək istədiyini deməyib'' - İnter-dən açıqlama

Tarix: 22 Iyun 2020 20:52

"İnter"in idman direktoru Beppe Marotta Lautaro Martinesin gələcəyi barədə danışıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, klub rəsmisi argentinalı forvardın komandadan ayrılmaq istəmədiyini açıqlayıb:

"Məlumdur ki, Lautaro ilə bir çox komandalar maraqlanır. Lakin biz oyunçularımızı satmaq istəmirik. Martinesin bu təkliflərdən təsirlənməsi normaldır, ancaq onu komandada saxlamaq niyyətindəyik. O, heç vax bizə getmək istədiyini deməyib".

Qeyd edək ki, 23 yaşlı hücumçu ilə "Barcelona"nın yaxından maraqlandığı söylənir. İspaniya mətbuatı daha öncə tərəflərin razılaşdığını iddia etsə də, "İnter" Martinesi buraxmaq istəmir. 

Milli.Az


Etiketlər:  Martines getmək istədiyini deməyib İnter dən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ